Bakıda yeni doğulmuş körpənin meyitini küçəyə atdılarbackend

Bakıda yeni doğulmuş körpənin meyitini küçəyə atdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda küçədən yeni doğulmuş körpə meyiti tapılıb.
TİA.AZ Lent.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, “8-ci kilometr” bazarı ərazisində qeydə alınıb.
Həmin ərazidə yaşayış binalarının arasından torbada təzə doğulmuş körpə meyiti aşkarlanıb. Meyit qız uşağına məxsusdur. Körpənin kimin tərəfindən küçəyə atıldığı hələlik bilinmir. Ehtimal olunur ki, uşaq doğuş zamanı ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.