Bakıda yaşayış binasında yanğın oldu, sakinlər təxliyə edildi -VİDEObackend

Bakıda yaşayış binasında yanğın oldu, sakinlər təxliyə edildi -VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
İlkin məlumata əsasən, yanğın elektrik kabellərinin keçdiyi şaxtada baş verib. Yanğın zamanı sakinlər təhlükəsiz əraziyə təxliyə olunub.
Əlavə məlumat veriləcək.