Bakıda yağışlı hava nə qədər davam edəcək? – AÇIQLAMAbackend

Bakıda yağışlı hava nə qədər davam edəcək? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Bakıda günün ikinci yarısı yağıntısız keçəcək.
Bunu  açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib
Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında günün ikinci yarısı hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin yağıntısız keçəcəyi gözlənilir.
“Cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq”, – deyə G.Məmmədova bildirib.
Xatırladaq ki, mayın 13-dən etibarən ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi gözlənilir.