backend

Bakıda xəstəxanada intihar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzdə intihar baş verib. 

Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzdə intihar baş verib.


TİA.AZ Report-a istinadən xəbər verir ki, 64 yaşlı Yuri Protopov özünü xəstəxananın Cərrahiyyə şöbəsinin yerləşdiyi 3-cü mərtəbənin pəncərəsindən ataraq intihar edib.

Faktı təsdiqləyən mərkəzin direktor müavini Adil Salahov deyib ki, intihar edən şəxs bir ay əvvəl səhiyyə müəssisəsində müalicə alıb: “Lakin Yuri Protopovun intiharının bizimlə heç bir əlaqəsi yoxdur. O, mərkəzdə həzm sistemindəki problemlə bağlı müalicə alıb və noyabrın 2-də evə buraxılıb”.

Qeyd edək ki, intihar edən şəxsin meyiti morqa təhvil verilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.