Bakıda uşaqlara işgəncə verilən mərkəzin rəhbəri saxlanıldıbackend

Bakıda uşaqlara işgəncə verilən mərkəzin rəhbəri saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Mehnur” Reabilitasiya Mərkəzi ilə bağlı bir sıra faktlar ortaya çıxıb.
Qaynarinfo sözügedən mərkəzlə bağlı araşdırma aparıb. Məlum olub ki, “Mehnur” Reabilitasiya Mərkəzinin rəhbəri defektoloq-loqoped Nuranə Hacızadədir.
Nuranə Hacızadə bu mərkəzin adını Mahirə və Nuranə adının birləşməsindən götürüb. Mahirə Nuranə Hacızadənin anasıdır. Mərkəzin açılışı 2018-ci ilin yanvar ayında baş tutub.
Məşhurlar açılış mərasimində iştirak edib. Nuranə Hacızadə mərkəzin açılışından sonra defektoloq-loqoped kimi daha da məşhurlaşıb. O, bir sıra televiziya kanallarında çıxışlar da edib.
Əslən Naxçıvanlı olan Nuranə Hacızadənin anasının yüksək vəzifədə çalışdığı deyilir.
Məlumata görə hüquq-mühafizə orqanları Nuranə Hacızadəni saxlayıb