Bakıda üç nəfər dənizdə batdı – VİDEObackend

Bakıda üç nəfər dənizdə batdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda üç nəfər dənizdə boğulub.

TİA.AZ-ın məlumatına görə, hadisə Şüvəlan çimərliyində qeydə alınıb.

Boğulanların cəsədləri sudan çıxarılıb. İlkin məlumata görə, boğulanlardan ikisi oğlan, biri qızdır. Onlardan biri 1991-ci il təvəllüdlü İbrahim Əliyevdir. Digərlərinin kimlikləri dəqiqləşdirilir.

Qeyd edək ki, hadisənin baş verdiyi ərazi qadağan olunan, təhlükəli və nəzarətsiz yerdir. Çimərlik mövsümü açılandan həmin nəzarətsiz ərazidə bu, artıq ilk hadisə deyil.