Bakıda türkiyəli iş adamına qarşı 800 minlik dələduzluq edildibackend

Bakıda türkiyəli iş adamına qarşı 800 minlik dələduzluq edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyə vətəndaşı Azərbaycanda aldadılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, Türkiyə vətəndaşı Demir Muhammad polisə ərizə ilə müraciət edərək Bakı şəhər sakinləri olan iki qardaş tərəfindən dələduzluğa məruz qaldığını bildirib.Şikayətçi ərizəsində qeyd edib ki, Azər və Elsəvər Həşimov qardaşları onun etimadından istifadə edərək 800 min manat pulunu ələ keçiriblər.
Daxil olan şikayət əsasında Xətai rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanıb.
Qeyd edək ki, dələduzluğa məruz qalan Demir Muhammad Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məğul olur.