Bakıda toya görə daha bir restoran icarədarı cərimələndi-VİDEObackend

Bakıda toya görə daha bir restoran icarədarı cərimələndi-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Səbail rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən “Port Wine Grill ” restoranın icarədarı barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb. 

TİA.AZ xəbər verir ki, Səbail RPİ əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan restoranın icarədarına İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) 4000 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.

Məlumatı DİN Mətbuat Xidmətindən təsdiqləyiblər.

Qeyd edək ki, sözügedən restoranda toy məclisinin keçirilməsi ilə bağlı görüntülər yayılmışdı.