Bakıda temperatur normadan 7 dərəcə yüksək olub – Faktiki havabackend

Bakıda temperatur normadan 7 dərəcə yüksək olub – Faktiki hava

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
TİA.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin aprelin 30-u saat 10:30-a olan məlumatına əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub, dolu düşüb, səhər saatlarında Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağıb.
Düşən yağışın miqdarı Göygöldə 25.0 mm, Sarıbaşda (Qax) 13.0 mm, Zaqatalada 12.0 mm, Balakən, Oğuzda 8.0 mm, Daşkəsəndə 7.0 mm, Gədəbəydə 5.0 mm, Kişçay (Şəki), Şahbuzda 4.0 mm, Qrız, Lerik, Culfada 3.0 mm, Qəbələ, Şəki, Gəncə, Mingəçevir, Qusarda 2.0 mm, Naxçıvan, Şərur, Ordubad, Ağdərə, Naftalan, Şəmkir, Tovuz, Xaltan, Tərtər, Bərdə, Yevlax, İmişli, Yardımlı, Lənkəranda 1.0 mm-dək olub.
Dolu: Saat 13:25 radələrində Gədəbəy rayonu ərazisinə, saat 13:35 radələrində isə Maarif və Daşbulaq kəndlərinə (Gədəbəy) yağışla birlikdə xırda dənəli dolu yağıb.
Külək: Aprelin 29-u gün ərzində şimal-qərb küləyi arabir Naftalanda 20 m/s, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənib.
Havanın maksimal temperaturu: Aprelin 29-da Bakıda iqlim normasından 7.0° yüksək olub, Bakıda və Abşeron yarımadasında 24-29° isti, Naxçıvan MR-da 21-28° isti, dağlıq rayonlarda 12-18° isti, aran rayonlarında 27-32° isti olub.