Bakıda tarixi hamamın üzərində restoran… – Memarbackend

Bakıda tarixi hamamın üzərində restoran… – Memar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tarixi abidə statusu almış tikililərin üzərində kafe-restoranın fəaliyyəti yolverilməzdir. Çünki bu, əsrlərdən dövrümüzə gəlib çıxmış, Azərbaycan tarixini tərənnüm edən abidəyə hər an fiziki və texniki baxımdan xələl gətirə bilər.

Bu sözləri Axar.az-a Türkdilli Ölkələrin Beynəlxalq Araşdırmaları Elmlər Akademiyasının fəxri doktoru, memar Cahid Həsənov Qız qalasının yanındakı tarixi hamamın üzərində restoran-kafenin fəaliyyət göstərməsi haqda danışarkən deyib.

“Tarixi memarlıq abidələrinin yerləşdiyi ərazilərə yaxın hansısa müasir tikililərin ucaldılması, ciddi şəkildə zədələnməsi və uçmasına səbəb olacaq fəaliyyətlərin aparılması memarlıq haqqında qayda-qanunlara ziddir. Həmçinin, hansısa abidənin vizual görüntüsünün örtülməsi belə onun tarixinə ciddi zərər vurur.

Bu, Azərbaycanın tarixi memarlıq məktəbinə, mədəni dəyərlərinə ciddi xələl gətirən məsələdir”, – o bildirib.

Qeyd edək ki, Qız qalasının yaxınlığındakı tarixi hamamın üzərində restoran-kafenin fəaliyyəti ilə bağlı sorğumuza “İçərişəhər” Dövlət Tarix-memarlıq Qoruğu İdarəsi cavab verməyib.