Tribuna İnformasiya Agentliyi

Bakıda taksi sürücüsü qadının başına oyun açdı

24 Dekabr
Bakının Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.
TİA.AZ-ın oxu.az-a istinadən məlumatına görə, dekabrın 22-də, saat 03:00 radələrində Abşeron rayon sakini olan bir qadın “28 Mall” ticarət mərkəzinin qarşısında “Opel” markalı avtomobilə sərnişin qismində əyləşərək Xocəsən qəsəbəsi ərazisinə gedəcəyini bildirib.
Sürücü onu aldadaraq Sabunçu qəsəbəsi ərazisinə aparıb, avtomobildə döyərək 680 manatını alıb.
12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən həmin qəsəbə sakini Fərhad Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.