Bakıda sürücü uşağı maşınla vurdu, babasını yumruqladı – VİDEObackend

Bakıda sürücü uşağı maşınla vurdu, babasını yumruqladı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Belə ki, Qaraçuxur qəsəbəsində yolu velosipedlə keçmək istəyən uşağı maşın vurub. Hadisənin təsirindən azyaşlı qorxub, babası isə onu sakitləşdirmək üçün qucaqlayıb.

Bu zaman sürücü maşından düşüb və uşağın babası ilə mübahisə edib. Daha sonra isə onu yumruqlayıb.