BAKIDA SÜRƏTLƏ YAYILAN VİRUSUN ƏLAMƏTLƏRİ NƏDİR? HƏKİMDƏN AÇIQLAMAbackend

BAKIDA SÜRƏTLƏ YAYILAN VİRUSUN ƏLAMƏTLƏRİ NƏDİR? HƏKİMDƏN AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyi son günlərdə Bakıda rotavirus infeksiyası yayılması barədə açıqlama verib.
Virusun əlamətləri və müalicəsi ilə bağlı TİA. Az-a danışan qastroenteroloq Nəbi Absalamov bildirib ki, çox vaxt xəstəliyin müalicəsi yanlış şəkildə aparılır:

“Son dövrlərdə yayılan bu virusu daha çox uşaqlarda görürük. Xəstəlik zamanı əsasən, mədə-bağırsaq şikayətləri olur. Temperatur isə bəzən ola bəzən isə olmaya bilər. Qusma, ürəkbulanma, ishal müşahidə edilir. Böyüklərdə isə onkoloji yaxud digər ciddi bir xəstəlik yoxdursa, virus o qədər də təhlükəli sayılmır.

İstənilən halda dəstək müalicəsi mütləqdir. Bol su içmək məsləhət görülür. Uşaqlarda su itkisi daha çoxdur, çünki onlarda su ehtiyatı daha az olur. Rotarovirus bağırsaqları qıcıqlandırdığı üçün su və elektroitlər asan şəkildə itirilir. Ona görə də uşaqlarda anında müalicəyə başlamaq lazımdır. Müalicə zamanı isə çox vaxt səhv şəkildə antibiotik və terapiyalar istifadə olunur. Bu virusa antibiotiklər nəinki xeyir hətta zərər verir. Virus evdaxili qab-qacaq vasitəsilə keçir. Evdə bir nəfər xəstədirsə, digərinə keçmək ehtimalı yaranır, birbaşa təmas yolu ilə də keçməsi mümkündür. Son dövrlərdə xəstəlik geniş yayıldığı üçün müraciətlərin sayı artıb”.

TİA. Az