Tribuna İnformasiya Agentliyi

Bakıda silahlı insident kriminal qruplaşmalar arasında “hesablaşma” zəminində olub- TƏFƏRRÜAT

28 Dekabr

Bakı şəhəri, Keşlə qəsəbəsində baş verən silahlı insidentlə bağlı bəzi təfərrüat məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, hadisə kriminal qruplaşmalar arasında “hesablaşma” zəminində olub.

“Avro renta car” şirkətinə məxsus avtomobildə əvvəllər məhkum olunmuş 27 yaşlı Tural Babayev və 31 yaşlı Asif Bağırov naməlum şəxs tərəfindən güllələnib. T.Babayev ölüb, A.Bağırov isə yaralı vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən şəxsin tutulmadığı bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.