Tribuna İnformasiya Agentliyi

Bakıda sakinlərin zirzəmi dərdi bitmək bilmir – VİDEO

04 May

Bakıda sakinlər yaşadıqları binanın zirzəmisinə görə əziyyət çəkirlər.

TİA.AZ xəbər verir ki, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi 123-də yaşayan sakinlər illərdir ətrafa üfunət qoxusu yayılan zirzəmili binada məskunlaşıblar.

Sözügedən məsələ ilə bağlı 116 saylı Mənzil-Kommunal İstismar Sahəsinə müraciət etdik. Qurum rəsmisi Mahirə Əsədova problemin kanalizasiyadan qaynaqlandığını deyir.

Baku TV əməkdaşlarının hazırladığı süjeti təqdim edirik:

İlhamə Kələyeva, Orxan Hüseynzadə