Bakıda rekord sığorta ödənişi edildi, ancaq 20 milyon 48 minə qurban getdibackend

Bakıda rekord sığorta ödənişi edildi, ancaq 20 milyon 48 minə qurban getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən ilin iyul ayında Bakının Binəqədi rayonunda yanğın baş vermiş boya fabrikinə 1,7 milyon manat (1 milyon ABŞ dolları) sığorta ödənişi verilib.
“Report”a daxil olan məlumata görə, bu, sığorta sektorunun tarixində ən iri sığorta ödənişlərindən biridir.
Bununla belə, həmin məbləğ faktiki olaraq tam məhv olmuş fabrikin dəyərinin kiçik bir hissəsidir. Zərərin tam ödənilməməsinə səbəb obyektin real dəyərindən aşağı sığortalanmasıdır. Belə ki, tam sığorta 55 min manata başa gəlsə də, fabrikin rəhbərliyi natamam sığortaya üstünlük verərək sığorta haqqını 7 min manata endirib. Son nəticədə 20 milyon manatlıq zərərin heç 10%-i qarşılanmayıb. Başqa sözlə, sığorta haqqında 48 min manat qənaət etmiş fabrik təxminən 18 milyon manat zərərə düşüb.