Bakıda “Range Rover”in sürücüsü piyadanı vuraraq öldürdübackend

Bakıda “Range Rover”in sürücüsü piyadanı vuraraq öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Buzovna qəsəbəsində yolu keçmək istəyən piyadanı maşın vurub.

Avqustun 31-də Rüstəmov Fazil Şahbaz oğlu idarə etdiyi “Range Rover” avtomobili ilə Xəzər rayonu Buzovna qəsəbəsi Buzovna-Zaqulba yolunda hərəkətdə olan zaman yolu sağdan sola keçən piyada 1956-cı il təvəllüdlü Süleymanov Allahyar Baxış oğlunu vurub.

Nəticədə piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər rayon polis idarəsinin istintaq şöbəsində cinayət işi başlanaraq istintaq davam etdirilir.

//Qafqazinfo