Bakıda “Range Rover” 3 maşına çırpılıb aşdı (FOTOLAR)backend

Bakıda “Range Rover” 3 maşına çırpılıb aşdı (FOTOLAR)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakının Yasamal rayonunda 4 avtomobil qəzaya uğrayıb.
Hadisə Abbas Mirzə Şərifzadə küçəsində baş verib.

Belə ki, “Range Rover” markalı avtomobili idarə edən şəxs sükana nəzarəti itirib, nəticədə nəqliyyat vasitəsi ağaca, daha sonra yol nişanına çırpılıb.
Daha sonra maşın yol kənarında dayanan iki “Mercedes” və “Mitsubishi” markalı avtomobillərə çırpılıb və aşıb. Qəza nəticəsində bir nəfər xəsarət alıb.
Faktı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.