Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçirilirbackend

Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti başlayıb.
TİA.AZ xəbər verir ki, tədbirin açılışında gənclər və idman naziri Fərid Qayıbov iştirakçılara Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının Sədri İlham Əliyevin mesajını oxuyub.
Sammitə Alyansın 120 ölkəsindən olan gənc nümayəndələrlə yanaşı bir sıra dövlətlərin Azərbaycandakı səfiri də qatılıb.

Qeyd edək ki, Qoşulmama Hərəkatı heç bir hərbi bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilatdır.

Azərbaycan 2023-ci ilin sonunadək Qoşulmama Hərəkatına sədrlik edəcək.