Tribuna İnformasiya Agentliyi

Bakıda “QIZIL BUTA” Mükafatlandırılma mərasimi keçiriləcək

05 Dekabr

“DAİM” Mərkəzi  tərəfindən 2018-ci ilin yekunlarına dair “QIZIL BUTA” Mükafatı təqdim etmə mərasimi keçirəcək. XALQ.AZ-a açıqlama verən  “DAİM” Mərkəzinin sədri Zaur Mirzə-zadə bildirib ki, ənənəvi olaraq artıq 10 ildir biz müxtəlif nominasiyalarla səsvermədə qalib olmuş şəxsləri təltif edirik. Bu ildə  5-17 dekabr tarixləri arasında  sorğu keçirilir. Sorğu  XALQ.AZ xəbər portalının texniki dəstəyi ilə həyata keçiriləcək. Budəfəki sorğu sayt üzərində, anket-sorğu  formasında sosial şəbəkələrdə, həmçinin “DAİM” MƏRKƏZİ-nin koordinatorları tərəfindən aparılacaqdır. Sosial şəbəkələrdə, sayt üzərindən keçirilən səsvermələrə və aparılan sorğulara əsasən, qaliblər müəyyən olunacaq.Müxtəlif nominasiyalar üzrə keçirilən sorğuda qaliblər “QIZIL BUTA” Mükafatı ilə təltif olunacaqlar. Səsvermənin nəticələri KİV-də dərc olunacaq və qaliblər möhtəşəm tədbirdə mükatlandırılacaqlar.

Qeyd edək ki, buraya daxil olub  “QIZIL BUTA” Mükafatçısını səsvermə yolu ilə müəyyənləşdirə bilərsiniz.