Bakıda qəza oldu, küçələri su basdı (VİDEO)backend

Bakıda qəza oldu, küçələri su basdı (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Binəqədidə su borusu partladı.
TİA.AZ-ın məlumatına görə, hadisə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində baş verib.
Səhər saatlarında ərazidən keçən su xətti partlayıb. Qəza nəticəsində ərazini su basıb.
Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a açıqlamasında bildirib ki, artıq təmir işlərinə başlanılıb:
“Hadisə barədə məlumatlıyıq. Artıq Binəqədi Su Kanal İdarəsinin qəza xidmətinin əməkdaşları hadisə yerinə göndərilib. Qəzanın aradan qaldırılması üçün tədbirlər görülür”.
Həmin görüntüləri təqdim edirik: