Tribuna İnformasiya Agentliyi

Bakıda qeydiyyatı olmayanların nəzərinə – I sinfə qəbul

04 Aprel

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtda qeydiyyatı olmayan şəxslərin övladlarının I sinfə qəbul zamanı yaranan anlaşılmazlıqlara münasibət bildirib. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtda qeydiyyatı olmayan şəxslərin övladlarının I sinfə qəbul zamanı yaranan anlaşılmazlıqlara münasibət bildirib.

İdarədən Report-a bildirilib ki, bəzi məktəblərdə şagird sıxlığının qarşısını almaq məqsədilə I sinfə şagird qəbulu, ilk növbədə prioritetlər əsasında (məktəbin mikroərazisində yaşayırsa, bacı və ya qardaşı həmin məktəbdə təhsil alırsa, valideynləri həmin məktəbdə işləyirsə) aparılır.

İdarədən qeyd olunur ki, mikroərazi yaşayış ünvanının kommunal ödəniş kodu valideynin şəxsiyyət vəsiqəsindən gələn ünvana və yaxud uşağın şəxsiyyət vəsiqəsindən gələn ünvana əsasən təyin edilir:

“Bu halda vətəndaş faktiki olaraq məktəbin mikroərazisində yaşayırsa, övladı elektron sistem tərəfindən avtomatik olaraq, müvafiq ümumi təhsil müəssisəsinin I sinfinə qeydə alınır. Kirayədə yaşayan vətəndaşlara isə övladları üçün yaşadıqları ərazi üzrə seçdikləri məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur. Özəl liseylərdə I sinfə qəbul Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılmır”.

Qeyd edək ki, Bakıda kirayədə yaşayan, eləcə də paytaxt üzrə qeydiyyat və yaşayış ünvanı fərqli olan vətəndaşların övladları I sinfə şagird qəbulu üzrə www.mektebeqebul.edu.az elektron sistem vasitəsilə ümumi qaydada qeydiyyatdan keçməlidirlər.