Bakıda qadına qarşı əxlaqsız hərəkət edən şəxs saxlanıldı – VİDEObackend

Bakıda qadına qarşı əxlaqsız hərəkət edən şəxs saxlanıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Paytaxtın “Gənclik” metro stansiyası ərazisində gənc qadına qarşı əxlaqsız hərəkət edən şəxs müəyyən edilib.
TİA.AZ xəbər verir ki, bu barədə “oxu.az”a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbir nəticəsində 1988-ci il təvəllüdlü Rasim Səfərov polis orqanına dəvət olunub:
“Aparılan araşdırma nəticəsində məlum olub ki, R.Səfərov üçüncü qrup əlildir və nevroloji xəstəliklərin daşıyıcısıdır. İctimai yerdə olan hərəkətlərlə bağlı onun ailə üzvləri məlumatlandırılmaqla izahat işləri aparılıb”.
Xatırladaq ki, ötən gün paytaxtın Nərimanov rayonu ərazisində, “Gənclik” metro stansiyası yaxınlığında gənc qadına qarşı əxlaqsız hərəkət edilib. Belə ki, xanım yol ilə gedərkən kişi onun ətəyini qaldıraraq ona qarşı əxlaqsız hərəkət nümayiş etdirib.