Bakıda “Pirus” sürənlər üçün mühüm xəbər – Bu üsuldan istifadə etsəniz…backend

Bakıda “Pirus” sürənlər üçün mühüm xəbər – Bu üsuldan istifadə etsəniz…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Toyota” şirkətinin istehsalı olan “Prius” modellərinin sahibləri avtomobillərini sığortalaya bilmədiklərindən şikayətlənirlər.

Sosial şəbəkələrdə paylaşılan məlumatlara əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında çətinliklər yaranıb.

Həmin məlumata görə, bəzi sığorta şirkətləri avtomobilləri sığortalamaqdan müxtəlif bahanələrlə yayınırlar. Bunun əsas səbəbi kimi “Prius” modellərinin iştirakı ilə baş verən qəzaların sayının artması göstərilir.

Qanunvericiliyə görə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası varsa, fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına dəyən zərərlərin əvəzini sığorta şirkətləri ödəməlidir. Bəzən bu cür zərərlərin məbləği bir neçə min manat olur. Buna görə də sığorta şirkətləri “Prius”ları sığortalamaqda maraqlı deyillər.

Sığorta şirkətləri boyun qaçırır, bəs qanun nə deyir?

AZXEBER.COM-a danışan nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, sığorta şirkətləri bu avtomobillərin sığortasından sırf qəza və yanmaya daha çox səbəb olduğu üçün boyun qaçırır: “Bu avtomobillərin sayı hədsiz çoxalıb. Xüsusən də taksi fəaliyyəti ilə məşğul olanlarda bu maşınlara daha çox rast gəlinir. Bunun da səbəbi “Prius”un qənaətcil, yığcam və dayanma-durma cəhətdən daha çox uyğun olmasıdır. Bu maşınlarda qəza halları çox olduğuna görə, sığorta şirkətlərində problemlərə səbəb olur. Digər bir tərəfdən bu avtomobillərin alışma-yanma təhlükəsi çoxdur. Sadaladığım iki hala görə avtomobillər sığortaya yararlı hesab olunmur. Ancaq bu qanunidirmi? Xeyr”.

Sığorta üzrə ekspert İlkin İbrahimov “Prius” sahiblərinə sığorta şirkətlərinin boyun qaçıracağı təqdirdə nə etməli olduqlarını deyib: “Həmin avtomobillər daha çox qəza törətdiyinə görə sığorta şirkətləri sığorta agentliklərinə komissiya vermirlər. Sığorta agentliklərinə komissiya verilmədiyinə görə, sığorta agentləri də onları sığortalamaqdan imtina edirlər. Əvvəl də belə hallar mövcud idi. Əgər vətəndaşların bu maşınları sığortalanmırsa, birbaşa sığorta agentliklərinə müraciət etsinlər. Əgər hər hansısa sığorta agentliyi sığorta etməkdən imtina edirsə, vətəndaşlar Mərkəzi Banka müraciət edə bilərlər. Çünki qanunla bu icbari sığorta hesab olunur. İcbari sığorta məcburidi. Bu da o deməkdir ki, mütləq sığorta olunmalıdır”.