Tribuna İnformasiya Agentliyi

Bakıda park məhv edilir – 40 yaxın ağac… (FOTOLAR-VİDEO)

12 İyun
Paytaxtda yaşayış binasının ətrafı zəbt olunub.
Unikal.org-a Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 83 saylı binanın sakinləri müraciət ediblər.
Sakinlər iddia edirlər ki, yaşadıqları ünvandakı binanın həyətyanı parkı tikinti məqsədilə Məmmədov Əlvan Bilal oğlu tərəfindən mənimsənilib. Vətəndaşlar bildirirlər ki, parkda 40 yaxın ağac var. Ağacların ətrafına daş tökülüb, tikinti aparmaq üçün ağacların kəsilməsi planlaşdırılır. Hətta bəzi ağacların yandırıldığı da qeyd edilir.
Sakinlərin verdiyi məlumata görə, tikintiyə icazə 2014-cü ildə verilib .İndi ərazidə yaşayan vətəndaşlar ərazidəki yaşıllıqların məhv edilməməsi və tikintinin dayandırılması üçün aidiyyatı qurumlardan kömək istəyirlər.
TİA.AZ