Bakıda özünü 9-cu mərtəbədən atan 14 yaşlı qız HƏYATINI İTİRDİbackend

Bakıda özünü 9-cu mərtəbədən atan 14 yaşlı qız HƏYATINI İTİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yeniyetmə intihar edib.

“Report” xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.

Müşfiqabad qəsəbəsində 14 yaşlı A.Eyvazova özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb.

O, təcili tibbi yardım ilə xəstəxanaya çatdırılıb.  A.Eyvazovaya bədənin çoxsaylı sınıqları, müştərək travması, açıq-kəllə beyin travması diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.