Bakıda özəl klinika övladının cənazəsini anaya vermir! – DƏHŞƏT(VİDEO)backend

Bakıda özəl klinika övladının cənazəsini anaya vermir! – DƏHŞƏT(VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yerləşən “Bona Dea International Hospital” övladının nəşini anaya vermir.

365.az xəbər verir ki, Elnurə Əskərova birinci vitse prezident Mehriban Əliyevaya müraciət edərək video paylaşıb.

O, övladının “Bona Dea International Hospital”da vəfat etdiyini, lakin klinikaya 8000 manat borcları olduğu üçün övladının nəşinin ona verilmədiyini deyib.

Elnurə Əskərova bildirib ki, onların xəstəxanaya ümumi 38000 manat borcları olub, 30000 manatı ödəyə bilsələr də, qalan pulu toplayıb verə bilmirlər.

Qeyd edək ki, 22 yaşlı Təbəssüm Məmmədova dünən gecə saatlarında onkoloji xəstəlikdən müalicə aldığı “Bona Dea International Hospital”da həyatını itirib.

Videonu təqdim edirik: