Tribuna İnformasiya Agentliyi

Bakıda nitqi qüsurlu qadına qarşı iyrənc hərəkət

24 Noyabr

Bakıda nitqi qüsurlu qadın döyülüb. Bakıda nitqi qüsurlu qadın döyülüb.

Report xəbər verir ki, hadisə Yeni Günəşli qəsəbəsi V massivi bina 21-də qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Bədəlova Bəsti Allahverdi qızı qonşular tərəfindən binanın blokunda tapılıb. Məlum olub ki, B.Bədəlova döyülüb, onun üz və bədən nahiyəsinə xəsarətlər yetirilib, saçının bir hissəsi isə cibinə yığılıb.
O, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, B.Bədəlova mənzildə tək yaşayır. Hadisə vaxtı isə mənzilin qapısı açıq olub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.