backend

Bakıda nə qədər erməni var?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni jurnalist qadının Bakıda işə götürülməsi və onun Azərbaycan paytaxtında yaşamağa başlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. 

Erməni jurnalist qadının Bakıda işə götürülməsi və onun Azərbaycan paytaxtında yaşamağa başlaması cəmiyyətdə birmənalı qarşılanmayıb.

Syuzan Caqinyan jurnalist fəaliyyətini Eynulla Fətullayevin rəhbəri olduğu saytda yerinə yetirəcək. Burada o, Ermənistan üzrə xüsusi müxbir vəzifəsində çalışacaq.

TİA.AZ modern.az-a istinadən xəbər verir ki, Syuzan Caqinyan mövzusu iki gündür sosial şəbəkələrdə də dartışılır. Bu mövzu ənənəvi sualı yenidən gündəmə gətirib: Bakıda nə qədər erməni yaşayır?

Bakıda yaşayan ermənilərin sayı ilə bağlı tez-tez müxtəlif iddialar irəli sürülür. Kimi 20 min deyir, kimi də 30 min… Hətta bəzi hallarda bu iddialar ayrı-ayrı dövlət rəsmiləri, deputatların dilindən də eşidilib.

Elə Syuzan Caqinyan məsələsindən sonra da bu iddialar yenidən səsləndirilməyə başlayıb. “Bakıda 30 min erməni yaşayır, Syuzan Caqinyan olsun onlardan biri” kimi…

Bəs doğrudanmı Bakıda 30 min erməni yaşayır? Rəsmi statistika bunu təsdiqləyirmi?

Dövlət Statistika Komitəsi bildirir ki, Azərbaycanda əhalinin sonuncu siyahıya alınması zamanı (bu siyahıyaalınma 2009-cu il aprel ayının 13-dən 22-dək həyata keçirilib) zamanı bəzi göstəricilər dəqiqləşdirilərkən milli tərkib də müəyyənləşib.

Bakıda yaşayan ermənilərin əsasən ad və soyadlarını dəyişmiş qadınlar olduğu bildirilir.

Dövlət Statistika Komitəsinin məlumata görə, siyahıyaalınma zamanı Bakıda yaşayan əhalidən hansı milliyyətdən olduğu soruşularkən sorğu olunan şəxslər könüllü olaraq hansı milliyyətdən olduğunu bildiriblər. Bu məsələdə məcburiyyət olmayıb.

2009-cu il aprel ayının 13-dən 22-dək həyata keçirilən siyahıyaalınmada cəmi 100 nəfər Bakı ermənisi öz milli kimliklərini gizlətməyib.

Bəzi ekspertlər deyirlər ki, Bakıda qohumlarının qanadları altında gizlənən və səsləri çıxmayan ermənilər danışmalı, beynəlxalq təşkilatlara bildirməlidir ki, burada rahat yaşayırlar və heç bir sıxıntıları yoxdur.

Bakıda siyahıyaalmalar üzrə əhalinin milli tərkibinin dəyişməsi: