Bakıda məşhurların lüks avtomobillərdə kobud qayda pozuntusu (VİDEO)backend

Bakıda məşhurların lüks avtomobillərdə kobud qayda pozuntusu (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Müğənnilər avtomobil idarə edərkən yol hərəkəti qaydalarını pozublar.
Baku.ws xəbər verir ki, müğənni Afət Fərmanqızı “Gelandewagen” markalı avtomobillə hərəkət edərkən “Maybach” sürən Manaf Ağayevə çatmağa çalışıb.
Həmin vaxt xanım sükan arxasında mobil telefonla çəkiliş edərək yol hərəkəti qaydasını pozub. Eyni zamanda Manaf Ağayev zolaqdan zolağa keçərkən manevr qaydalarını pozub.
Afət Fərmanqızı çəkdiyi videonu sosial şəbəkədə paylaşıb. Həmin görüntülər qısa müddətdə yayılıb və izləmə rekordu qırıb.
Bu görüntülərlə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri polis polkovniki Vaqif Əsədov BAKU.WS-ə bildirib ki, araşdırma aparılandan sonra açıqlama veriləcək.