Bakıda məşhur tikinti şirkətində ƏMƏLİYYAT: – Həbs olunanlar varbackend

Bakıda məşhur tikinti şirkətində ƏMƏLİYYAT: – Həbs olunanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın tanınmış tikinti şirkətində əməliyyat keçirilib.

Lent.az-ın əldə etdiyi xəbərə görə, “A+A” Şirkətlər Qrupunun Bakıdakı ofislərində həyata keçirilən əməliyyatlar zamanı bir sıra qanunsuzluqlar aşkar edilib.

Aşkarlanan faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178-ci (dələduzluq) maddələri ilə cinayət işi başlanıb.

Əməliyyat zamanı saxlanılanların olduğu bildirilir.

Qeyd edək ki, “A+A” böyük tikinti şirkətidir.