Bakıda məşhur kitab mağazasından oğurluq edən yeniyetmələr saxlanıldı – VİDEObackend

Bakıda məşhur kitab mağazasından oğurluq edən yeniyetmələr saxlanıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Paytaxtın Səbail rayonunda fevralın 15-də kitab mağazasından bir ədəd mobil telefon və 120 manat oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlinin üç yeniyetmə tərəfindən törədilməsi məlum olub.
Oğurlanan telefon maddi sübut kimi aşkarlanaraq götürülüb.
Oğurluqda şübhəli bilinən şəxslərlə bağlı müvafiq araşdırmalar davam etdirilir.