Bakıda mənzillərin qiyməti və ən çox bahalaşdığı ərazilər məlum oldu – “VECON”-un təhlilibackend

Bakıda mənzillərin qiyməti və ən çox bahalaşdığı ərazilər məlum oldu – “VECON”-un təhlili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın aparıcı qiymətləndirmə şirkətlərindən olan – “VECON CONSULTING” yanvar ayında paytaxtın 10 rayonu üzrə əmlak bazarının mövcud vəziyyətini təhlil edib. 

Ötən ilin yekunlarına həsr olunmuş monitorinqin nəticələrinə görə, paytaxtın mənzil bazarında qiymətlərin kəskin artması faktı aşkar edilib. Məlum olub ki, 2021-ci ildə paytaxtda mənzilərin qiymət artımları ikirəqəmli ədədlərlə ifadə olunub.

Bahalaşma tempinin davamlılığını analiz etmək üçün “VECON CONSULTING” fevral ayı üzrə növbəti monitorinq təşkil edib. Son araşdırmalar zamanı məlum olub ki, fevral ayı ərzində də Bakıda mənzillərin qiymətlərində artım qeydə alınıb.

Ənənəvi olaraq hər bir rayon üzrə altı istiqamətdə aparılan araşdırma köhnə və yeni tikili binalarda 1, 2 və 3 otaqlı mənzilləri əhatə edib.

Araşdırma nəticəsində məlum olub ki, paytaxtın mənzil bazarında köhnə tikili binalar üzrə 1 və 2 otaqlı mənzillər üzrə ən çox bahalaşma Nərimanov rayonunda (müvafiq olaraq 3,3 və 3,1 faiz), 3 otaqlı mənzillər üzrə isə Yasamal rayonunda (3,1 faiz) baş verib.

Yeni tikili binalarda isə qiymətlər 1 və 2 otaqlı mənzillər üzrə ən çox bahalaşma Nərimanov rayonunda (müvafiq olaraq 3,8 və 2,7 faiz), 3 otaqlı mənzillər üzrə isə Səbail rayonunda (3,6 faiz) qeydə alınıb.

Müvafiq olaraq köhnə tikili binalarda birotaqlı mənzillər 1,3, ikiotaqlı otaqlı mənzillər 1,6, üçotaqlı mənzillər isə 1,5 faiz bahalaşıb. Yeni tikili binalarda birotaqlı mənzillər 2,5, ikiotaqlı otaqlı mənzillər 1,5, üçotaqlı mənzillər isə 1,3 faiz bahalaşıb. Eyni zamanda Bakı şəhərinin rayonları üzrə mənzillərin 1 m2 orta təklif qiyməti 2022-ci ilin yanvar ayı ilə müqayisədə

Binəqədi rayonu üzrə 1 558 manatdan 1 577 manata,

Qaradağ rayonu üzrə 1 242 manatdan 1 251 manata,

Nərimanov rayonu üzrə 1 852 manatdan 1 904 manata,

Nəsimi rayonu üzrə 2056 manatdan 2 095 manata,

Nizami rayonu üzrə 1 540 manatdan 1 568 manata,

Sabunçu rayonu üzrə 1 469 manatdan 1 482 manata,

Səbail rayonu üzrə 2146 manatdan 2 191 manata,

Suraxanı rayonu üzrə 1281 manatdan 1 289 manata,

Xətai rayonu üzrə 1 776 manatdan 1 812 manata,

Yasamal rayonu üzrə 1 610 manatdan 1 643 manata yüksəlmişdir.

Ümumilikdə son bir ayda paytaxtda  mənzillərin qiyməti 1,6 faiz artıb. Ən yüksək bahalaşma Nərimanov rayonunda (2,8%), ən az bahalaşma isə Suraxanı (0,6%) və Qaradağ (0,7%) rayonlarında baş verib.