Bakıda maşın qaz borusuna çırpıldı – Dəhşətli partlayışın VİDEOSUbackend

Bakıda maşın qaz borusuna çırpıldı – Dəhşətli partlayışın VİDEOSU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yasamal rayonu ikinci Alatava adlanan ərazidə partlayış baş verib.
Zərərçəkənlərin AZXEBER.COM-a göndərdiyi görüntülər Müzəffər Həsənov küçəsi ilə Dadaş Bünyadzadə küçəsinin kəsişməsində çəkilib.
Gecə saatlarında baş verən hadisəyə hansısa avtomobil səbəb olub. Belə ki, yüksək sürətlə hərəkət edən avtomobil partlayış olan evin həyətindəki qaz borusuna çırpılıb. Nəticədə yanğının baş verdiyini görüb ərazidən qaçıb.
Məlumata görə, evdə körpə uşaqların da olduğu qeyd edilib.
Hadisə yerinə gələn FHN-nin yanğından mühafizə idarəsinin əməkdaşları yanğının qarşısını alıblar.
Faktla bağlı araşdırmalar aparılır.