Bakıda Masallı sakini əmisi oğlunun arvadını qaçırdıbackend

Bakıda Masallı sakini əmisi oğlunun arvadını qaçırdı

Bakıda Koroğlu Rəhimov küçəsində kirayə mənzildə yaşayan 1992-ci il təvəllüdlü F.A. aprelin 10-da saat 20:00-da Nərimanov rayon 18-ci Polis Bölməsinə müraciət edib.

O, 1996-cı il təvəllüdlü həyat yoldaşı A.M.-nın 1999-cu il təvəllüdlü əmisi oğlu E.B. tərəfindən qaçırıldığını bildirib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Zərərçəkən əmisi oğlunun onun arvadını evlənmək məqsədilə qaçırdığını deyib.

Hazırda polislər sevgililərin harada olduğunu müəyyənləşdirməyə çalışırlar. Əgər qadının öz istəyi ilə ərinin qohumu ilə birlikdə qaçdığı ortaya çıxsa, sonuncunun hərəkətlərində cinayət əməli yoxdur.

Çünki ərini tərk edən qadın yetkinlik yaşındadır. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları onları xüsusi karantin rejimini pozduğuna görə cərimə edə bilərlər.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
www.tia.az