Tribuna İnformasiya Agentliyi

Bakıda «Luxury Awards» 2019 mükafatlandırma mərasimi keçirilib-FOTO

07 Avqust

Paytaxtda «Luxury Awards» 2019 mükafatlandırma mərasimi keçirilib. Mükafatlandırılma müxtəlif sahələrdə kariyerasında uğur qazanan şəxslərin və fəaliyyət göstərdiyi sahədə ən yüksəsk nəaliyyətlərə imza atan şirkətləri əhatə edib. Dünyanın müxtəlif ölkələrində keçirilən Luxury Awards mükafatlandırma mərasimi Bakıda ikinci dəfədir ki, təşkil olunur. Gecədə müxtəlif sahələrdə mədəniyyət və incəsənət, dəb, elm, idman, biznes, media, və tibb sahəsində uğur qazanmış şəxslərə və şirkətlərə mükafatlar təqdim olunub. Doğma kanal Azad Azərbaycan Tele-Radio yayım şirkəti də İlin Ən Yaxşı televiziya kanalı nominasiyaına layiq görülüb. Layihənin təşkilatçısı Aqil Məmiyevin sözlərinə görə mərasimin keçirilməsində məqsəd ölkənin ən uğurlu insanlarını, ən öndə olan şirkətləri ictimaiyyətə təqdim etmək, onların il ərzindəki fəaliyyətini qiymətləndirmək və qarşıdakı illərdə onlara motivasiya verməkdir. 70 -dən çox nominantın iştirak etdiyi tədbirdə Birlesmis Ereb Emirliklerinin ölkemizdəki səfiri Muhemmed Al Qubaisi və Merakes Kralliqinin ölkəmizdəki səfiri Adil Embarş cənabları da olub. Tədbir bitdikdən sonra mükafatçılar Buddha Bar Beach də after party-də iştirak ediblər.

TİA.AZ