BAKIDA “KUZƏ” RESTORANI YAŞAYIŞ BİNASINI KÜLƏ DÖNDƏRƏCƏKDİ – VİDEObackend

BAKIDA “KUZƏ” RESTORANI YAŞAYIŞ BİNASINI KÜLƏ DÖNDƏRƏCƏKDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Nərimanov rayonu ərazisində, “Keşlə” bazarı ilə üzbəüz binanın altında yerləşən “Kuzə” restoranında təhlükəsizlik qaydalarına riayət edilmədiyi üçün yanğın olub.
TİA.Az xəbər verir ki, hadisə yerinə dərhal yanğınsöndürənlər gəlib və yanğının ətrafa və yaşayış binasına geniş yayılmasının qarşısı alınıb. Əks təqdirdə daha böyük faciə baş verə bilərdi.
Bildirilir ki, “Kuzə” restoranında mətbəxin tüstüsünü yuxarı daşıyan boruda yanğın başlayıb və az qala yaşayış binası alovlanacaqdı.
Amma bu məsələ ilə bağlı bina sakinləri ciddi narahatlıq keçiriblər. Onlar restoranın təhlükəsizlik normativlərinə nə dərəcədə riayət olunmasına əmin deyillər.
Ona görə Fövqəladə Hallar Nazirliyindən “Kuzə” restoranında yoxlamalar aparılması xahiş olunur.
Ümumiyyətlə, Bakıda yaşayış binalarının altında restoranların fəaliyyət göstərməsi və təhlükəsizlik şərtlərinə əməl etmələri ciddi problemə çevrilməkdədir.