Bakıda koronavirusa yoluxma üzrə lider rayon yenə dəyişdi – RƏSMİbackend

Bakıda koronavirusa yoluxma üzrə lider rayon yenə dəyişdi – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Paytax ərazisində koronavirusa yoluxanların 12,7 faizi Yasamal rayonunun payına düşür.
TİA.AZ  xəbər verir ki, bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib.

Yasamal rayonundan sonra ən çox yoluxma Bakının Xətai (12,2%), Binəqədi (12,1%), Sabunçu (12%) rayonları ərazisində qeydə alınıb.

Ümumilikdə, virusa yoluxmalar paytaxtın Nəsimi rayonunda 10,7%, Suraxanı rayonunda 9,6%, Nəriman Nərimanov rayonunda 8,8%, Nizami rayonunda 7,3%, Qaradağ rayonunda 6,6%, Xəzər 4,4, Səbail rayonunda 3,2% təşkil edib. Bakı üzrə ən az yoluxma isə 0,06%-lə Pirallahı qəsəbəsində qeydə alınıb.