Bakıda koronavirusa yoluxma: 1-ci və sonuncu yerdə olan RAYONLAR – SİYAHIbackend

Bakıda koronavirusa yoluxma: 1-ci və sonuncu yerdə olan RAYONLAR – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda COVİD-19 virusuna yoluxanların 47 faizi Bakıdadır. Modern.az koronavirus.az saytına istinadən xəbər verir ki, paytaxt daxilində ən çox yoluxma isə Yasamal rayonundadır (14,5 %).

Sonrakı yerlərdə 13,5 %-lə Sabunçu, 13%-lə Nəsimi, 11,1 %-lə Binəqədi, 10,5 %-lə Nərimanov, 10%-lə Xətai, 7,4 %-lə Qaradağ, 6,9%-lə Suraxanı, 5,9 %-lə Nizami, 3,9 %-lə Xəzər, 2,6 %-lə Səbail, 0,6%-lə Pirallahı qərarlaşıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşları diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara tam əməl etməyə çağırır.