Bakıda kişi keçmiş arvadını güllələyib, sonra özünü öldürdü –  VİDEObackend

Bakıda kişi keçmiş arvadını güllələyib, sonra özünü öldürdü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda küçədə kişi arvadını və özünü güllələyərək öldürüb.Prokurorluq Bakıda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Sabunçu Rayon Prokurorluğundan daxil olan məlumatda deyilir:

“Aprelin 6-sı Sabunçu rayonu ərazisində 1997-ci il təvəllüdlü Misli Xəlilova və 1978-ci il təvəllüdlü Rasim Xəlilovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla Misli Xəlilovanın keçmiş əri Rasim Xəlilovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı küçədə odlu silahla atəş açaraq Misli Xəlilovanı qəsdən öldürməsinə, daha sonra özünə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir”.