Bakıda kişi benzin töküb özünü yandırdıbackend

Bakıda kişi benzin töküb özünü yandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda bir nəfər özünü yandırıb. Hadisə 23 sentyabr saat 18:00 radələrində Badamdar qəsəbəsində baş verib.
TİA.AZ xəbər verir ki, bu barədə Oxu.Az-a Səbail Rayon Polis İdarəsindən məlumat daxil olub.
1981-ci il təvəllüdlü Qabil Məmmədhüseynoğlu evinin qabağında üstünə benzin tökərək özünü yandırıb. Hüquq-mühafizə orqan əməkdaşlarının bildirdiyinə görə, kişi ruhi xəstəlikdən əziyyət çəkir, bu da, hadisəni törətməsinə səbəb olub.
O, 5 saylı şəhər klinik xəstəxanasının yanıq mərkəzinə aparılıb. Zərərçəkənin bədən səthinin 50%-nin yandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.