Tribuna İnformasiya Agentliyi

Bakıda kirayə mənzil və obyektlər BAHALAŞDI

06 Dekabr
TİA.AZ xəbər verir ki, bunu Trend-ə ekspert Nüsrət İbrahimov deyib.
N.İbrahimovun sözlərinə görə, kirayə mənzil bazarında qiymətlərdə 2.45 faiz artım qeydə alnıb. Ekspert bildirib ki, kommersiya obyektlərinin icarə qiymətlərində isə 2.66 faiz artım müşahidə olunub.
N.İbrahimov əlavə edib ki, metro stansiyalarına yaxın ərazilərdə 1 və 2 otaqlı kirayə mənzillərə tələbat daha çoxdur.
Qeyd edək ki, paytaxtda kirayə mənzil bazarında bahalaşma avqustdan başlayaraq kəskin müşahidə olunub.
Ekspertin sözlərinə görə, kirayə mənzil bazarında qiymətlərin artması xüsusən həmin dövrdə tələbələrin axını ilə bağlı olub. Belə ki, sentybarda ali təhsil müəssisələrində dərslərin başlaması ilə paytaxtda regionlardan gələn tələbələrin sayında artım müşahidə olunur. Bu səbəbdən isə əsasən ali təhsil müəssisələrinin yerləşdiyi ərazilərə yaxın mənzillərdə kirayə qiymətləri daha yüksək olur. Onun sözlərinə görə, tendensiya oktyabr ayında da davam edib.