Tribuna İnformasiya Agentliyi

Bakıda keçmiş məhkum özünü yandırdı

01 Dekabr

Bakıda 37 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb. 

Bakıda 37 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb.

TİA.AZ-ın xəbərinə görə, hadisə Sabunçu rayonu R.Axundov küçəsi 10 ünvanında qeydə alınıb.

1979-cu il təvəllüdlü Fərzani Cəbrayılov üzərinə benzin tökərək özünü yandırmaqla intihara cəhd edib. F.Cəbrayılov yanıq xəsarətləri alaraq Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Onun dindirilməsi mümkün olmadığından intihara cəhd etməsinin səbəbləri bilinmir.

Qeyd edək ki, F.Cəbrayılov əvvəllər məhkumluq həyatı yaşayıb.