Bakıda keçirilməli olan Avropa çempionatı ləğv olundubackend

Bakıda keçirilməli olan Avropa çempionatı ləğv olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Karate Federasiyası (WKF) Tokio-2020 Yay Olimpiya Oyunları üçün təsnifat sistemində dəyişiklik edib.

“Report”un qurumun rəsmi saytına istinadən məlumatına görə, olimpiadanın təxirə salınması səbəbindən karate yarışlarında təsnifat sistemini yeniləməyi məqsədəuyğun sayıb.

Bundan başqa 25 – 29 martda Bakıda keçirilməli olan karate üzrə Avropa çempionatı ləğv olunub. Yarışda verilməli olan lisenziya xallarının 2021-ci ildə İsveçin Göteborq şəhərində təşkil olunacaq analoji turnirdə bölüşdürülməsinə qərar verilib.