Tribuna İnformasiya Agentliyi

Bakıda keçilməz yol: Mir Cəlal küçəsində acınacaqlı vəziyyət (FOTOLAR)

09 İyun
Bakı şəhər Binəqədi rayonu Mir Cəlal küçəsində aparılan təmir işlərinin yubanması sakinlərdə narazılıq yaradıb.
TİA.AZ lent.az-a istinadən xəbər verir ki, 9-cu mikrorayonun mərkəzi küçəsində qazılmış ərazilərin hələ də abadlaşdırılmaması, ərazidən qalxan toz insanların narazılığına səbəb olub. Bundan başqa küçədəki avtobus dayanacaqlarının ləğv edilməsi səbəbindən iritutumlu nəqliyyat vasitələrinin sərnişin düşürüb-mindirməsində ciddi problemlər yaranıb.
Sakinərin bildirdiyinə görə, günün müəyyən saatlarında avtomobillə bu əraziyə daxil olmaq ümumiyyətlə mümkün deyil. Yolun qazılmasından sonra doldurulmaması tıxaca, eləcə də, minik avtomobillərinin və avtobusların çirklənməsinə, nasaz vəziyyətə düşməsinə səbəb olur.
Qeyd edək ki, mart ayında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Mir Cəlal küçəsindəki təmir işlərinin qarşıdakı 2 ayda yekunlaşacağını bildirsə də, ərazidə xeyli iş görülməmiş qalıb.