Bakıda işgəncəyə məruz qaldığı bildirilən qadının oğlu polisə çağrılıb-VİDEObackend

Bakıda işgəncəyə məruz qaldığı bildirilən qadının oğlu polisə çağrılıb-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda işgəncəyə məruz qaldığı bildirilən qadınla bağlı video 7 ay əvvəl çəkilib.
Bu barədə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Teymur Mərdanoğlu məlumat verib.

Sosial şəbəkə və xəbər portallarında oğlu və gəlini tərəfindən yaşlı qadına qarşı qeyri-insani rəftar olunması ilə bağlı görüntülərin yayıldığını xatırladan T.Mərdanoğlu bildirib ki, dərhal aidiyyəti üzrə faktın araşdırılmasına başlanılıb.Onun sözlərinə görə, ünvan müəyyən olunub və qadının oğlu ərazi üzrə polis bölməsinə dəvət olunub.

Məlum olub ki, videoda əksini tapan görüntülər yeddi ay əvvəl çəkilib, hazırda isə yaşlı qadın Naxçıvan şəhərində qızının yanındadır.
Faktla bağlı araşdırmalar davam etdirilir.