Bakıda iş adamına cinayət işi AÇILDIbackend

Bakıda iş adamına cinayət işi AÇILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda şirkət direktoruna cinayət işi açılıb.

“Ailə park” Qapalı Səhmdar Cəmiyyətinin direktoru Mədətov Hüseyn Emin oğlu Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsilə ittiham olunur.

Nərimanov rayonu ərazisində köhnə yaşayış binası sökülməli və əvəzində yeni bina tikilməli imiş. Bu isə rayon məhkəməsinin müvafiq qərarı ilə həyata keçirilir. Ancaq “Ailə park”ın direktoru H. Mədətov məhkəmə qərarını gözləmədən köhnə binanı söküb.

Bina sökülərkən sakinlərə kirayə pulu ödənilib. Lakin qeyd etdiyimiz kimi, direktor binanı məhkəmə qərarını gözləmədən sökdüyü üçün barəsində adı çəkilən maddə ilə ittiham elan olunub.

Hazırda iş Nərimanov rayon Məhkəməsində, hakim Gültəkin Əsədovanın sədrliyi aparılacaq.

İş üzrə 4 nəfər zərərçəkmiş şəxs qismində çıxış edir.///lent.az