Bakıda intihara cəhd edən jurnalistin son vəziyyəti AÇIQLANDIbackend

Bakıda intihara cəhd edən jurnalistin son vəziyyəti AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 günlük Vətən müharibəsi iştirakçısı, intihara cəhd edən jurnalist Nəsimi Şərəfxanlının vəziyyəti barədə yeni məlumat var.

Kliniki Tibbi Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu bildirib ki, xəstə ayın 14-ü mərkəzə yerləşdirilib:

“Çox ağır vəziyyətdə xəstəxanaya daxil olub. Hazırda vəziyyəti nisbətən yaxşılaşıb. Toksikologiya şöbəsində həkim nəzarətində saxlanılır. Həyati təhlükəsi yoxdur. Həkimlərin sözlərinə görə, şəxs sirkə turşusu içib”.

Qeyd edək ki, jurnalist N.Şərəfxanlı 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsində müalicəsini davam etdirir.