Bakıda intihar edən gənc qızın şəxsi yazışmaları araşdırılacaq – Baş Prokurorluqbackend

Bakıda intihar edən gənc qızın şəxsi yazışmaları araşdırılacaq – Baş Prokurorluq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bəzi sosial şəbəkə səhifələrində fevralında 19-da çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edən S.Atakişiyevanın şəxsi yazışmalarını əks etdirən fotoşəkil və informasiyalar yayılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən TİA.AZ-a bildirilib ki, bununla bağlı araşdırmalar aparılır.
“Bildiririk ki, yayılmış foto və məlumatlar üzrə Xətai Rayon Prokurorluğunda hərtərəfli araşdırmaların aparılması təmin ediləcəkdir”, – deyə məlumatda qeyd edilir.
Qeyd edək ki, 20 yaşlı Sevil Atakişiyeva Yeryemenko küçəsindəki çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edib. O, evin həyətində olan avtomobilin üzərinə düşüb.