BAKIDA İKİ SƏFİRİN SKANDALI BÖYÜDÜ: MUSƏVİ TEHRANA NİYƏ ÇAĞIRILDI?backend

BAKIDA İKİ SƏFİRİN SKANDALI BÖYÜDÜ: MUSƏVİ TEHRANA NİYƏ ÇAĞIRILDI?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Xarici İşlər naziri Hüseyn Əmir-Abdullahian İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə Tehranda görüşüb. Rəsmi məlumatda nazirin iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi istiqamətində səfirə lazımi göstərişlər verdiyi bildirilib. Öz növbəsində səfir nazirə çalışdığı ölkə və ikitərəfli münasibətlərdə son hadisələrlə bağlı hesabat təqdim edib. Bunun davamı kimi nazir İranın Azərbaycan Respublikası ilə əlaqələri hərtərəfli inkişaf etdirmək niyyətini vurğulayıb və səfirə lazımi göstərişləri verib.

TİA.Az xəbər verir ki, politoloq Elxan Şahinoğlunun fikrincə, səfirin qəfil Tehrana çağrılması son qalmaqalla bağlıdır. Onun sözlərinə görə, İsrailin Azərbaycandakı səfirinin “Təbriz nağılları”yla bağlı yayımladığı paylaşıma İran səfiri qeyri-diplomatik tərzdə reaksiya vermişdi: “Bu reaksiya əks-effekt verib. İsrail səfirinin yayımladığı kitab brendə çevrilib, Azərbaycandan tutmuş dünyanın müxtəlif ölkələrində “Təbriz nağılları” kitabının paylaşımları artıb. İranın xarici işlər nazirinin Azərbaycandakı səfirinə bu hadisə ilə bağlı konkret hansı təlimat verdiyi məlum olmasa da, Seyid Abbas Musəvinin qeyri-diplomatik reaksiyası olmasaydı, İsrail səfirinin paylaşımı böyük rezonans doğurmazdı. İran səfirinin sərt reaksiyası İsrail səfirinin işinə yaradı”.

TİA.Az